AZ

“Urban Expo” sərgisinə qeydiyyat müddəti uzadıldı

17–22 may 2026-cı il tarixlərində Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyası (WUF13) çərçivəsində təşkil olunacaq “Urban Expo” sərgisinə yüksək maraq olduğunu nəzərə alaraq qeydiyyat müddəti uzadılıb.

Publika.az xəbər verir ki, müraciətlərin qəbulu üçün son tarix 10 aprel 2026-cı il olaraq müəyyən edilib.

Beynəlxalq miqyasda on minlərlə ziyarətçinin iştirak edəcəyi bu sərgi, dayanıqlı şəhər inkişafı üzrə innovativ yanaşmaların geniş qlobal auditoriyaya çatdırılması üçün xüsusi əhəmiyyət kəsb edən bir platforma olacaq.

WUF13-ün əsas tədbir məkanı olan Bakı Olimpiya Stadionunda 35 min kvadratmetr sahədə təşkil olunacaq sərgidə ölkələr, şəhərlər, bələdiyyələr, regional qurumlar, BMT təşkilatları, akademik institutlar, beynəlxalq maliyyə və vətəndaş cəmiyyəti təşkilatları, fondlar və özəl şirkətlər iştirak edə biləcək.

Kiçik stendlərdən iri ölkə və şəhər pavilyonlarınadək müxtəlif formatlarda təşkil olunacaq bu sərgi, adekvat mənzil təminatı, iqlimə davamlılıq, rəqəmsal innovasiyalar və inklüziv şəhər inkişafı kimi prioritet istiqamətlər ətrafında qlobal iştirakçıları bir araya gətirəcək. Sərgi çərçivəsində müasir şəhərlərin üzləşdiyi əsas çağırışlara yönəlmiş praktik və innovativ həllərin təqdimatı nəzərdə tutulur.

Seçilən
15
12
publika.az

10Mənbələr