AZ

Dünyanın ən ağır pilotsuz yük təyyarəsinin sınağı həyata keçirilib

Bakı. Trend:

Çin ağır pilotsuz aviasiyanın inkişafında növbəti addımı ataraq,dünyada ən ağır yük daşıyan dron kimi təqdim edilən "Changying-8”(CY-8) modelinin ilk uçuşunu həyata keçirib.

Trend bu barədəxarici KİV-ə istinadən xəbər verir.

Aparat yüksək yükqaldırma qabiliyyətini qısa uçuş zolaqlarındanqalxma imkanı ilə birləşdirir və uzaq, yüksək dağlıq və adaərazilərində logistika əməliyyatları üçün nəzərdə tutulub.

"CY-8"in ilk sınağı Çinin mərkəzində yerləşən Henan əyalətininÇjençjou şəhərində baş tutub. Pilotsuz aparat cəmi 280 metrqaçışdan sonra havaya qalxıb və təxminən 30 dəqiqə uçuş həyatakeçirib. Sınaqlar zamanı mühəndislər əsas sistemləri - avionikanı,güc qurğusunu və intellektual uçuş idarəetmə sisteminiyoxlayıblar.

“CY-8” iri qabaritləri və yük imkanları ilə seçilir. Onunmaksimal uçuş kütləsi yeddi tona çatır. Bununla yanaşı, aparatın özçəkisi təxminən 3,5 ton, faydalı yükü isə eyni həcmdədir.

Məqalədə:
Seçilən
41
2
az.trend.az

3Mənbələr