AZ

Azərbaycanın nadir quşları və onların mühafizəsi elmi seminar

ain.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 1 aprel, AZƏRTAC

Bakı Dövlət Universitetinin Ekologiya və torpaqşünaslıq fakültəsində 1 Aprel – Beynəlxalq Quşlar Gününə həsr olunmuş elmi seminar keçirilib.

Universitetdən AZƏRTAC- a bildirilib ki, seminarda Bioekologiya kafedrasının doktorantı Ramil Həsənov “Azərbaycanın nadir quşları və onların mühafizəsi” mövzusunda məruzə edib.

Ramil Həsənov bildirib ki, Azərbaycanın coğrafi mövqeyi və mühüm miqrasiya maşrutlarının üzərində yerləşməsi buranın bioloji müxtəlifliyinin zəngin olmasına gətirib çıxarır. Həm köçəri, həm də oturaq quşlar üçün əlverişli məkan olan ölkəmizdə 18 dəstənin 61 fəsiləsinə aid olan 400-dən çox quş növü qeydə alınıb, onların 78-i Azərbaycanın “Qırmızı kitabı”nın III nəşrinə daxil edilib.

Məruzəçi quşların ekosistemlərdə və insan həyatında rolu, respublikamızın mühüm ornitoloji əraziləri, quşlar üçün təhlükə yaradan səbəblər və onların mühafizəsi üçün görülən tədbirlərdən də söz açıb. O, Ornitofaunanın mühafizəsində xüsusi mühafizə olunan təbiət ərazilərinin, ekoloji təhsil və maarifləndirmənin rolunu qeyd edib.

Daha sonra Ramil Həsənov 2024-2026-ci illərdə respublikamızın müxtəlif ərazilərində aparılan monitorinqlərin nəticələri haqqında məlumat verib: “Qızılağac, Ağgöl, Abşeron, Şirvan Milli parkları ərazisində aparılan tədqiqatları zamanı 211 quş növü qeydə alınıb ki, bunlardan 27-si “Qırmızı kitab”a daxildir. Aparılan tədqiqatlar respublikamızda ornitofaunanın müasir vəziyyətinin öyrənilməsi, sayı azalmaqda olan növlərin müəyyənləşdirilməsi və mühafizə tədbirlərinin hazırlanması üçün əhəmiyyətlidir”.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
12
azertag.az

1Mənbələr