AZ

Türkmənistanla iqtisadi əməkdaşlığın inkişaf perspektivləri dəyərləndirilib

Azertag portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Bakı, 1 aprel, AZƏRTAC

İqtisadiyyat naziri Mikayıl Cabbarov Türkmənistanın Nazirlər Kabineti sədrinin müavini, Azərbaycan Respublikası ilə Türkmənistan Respublikası arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın həmsədri Nökərqulı Ataqulıyevlə görüşüb.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görüşdə Azərbaycan–Türkmənistan iqtisadi əməkdaşlığının mövcud vəziyyəti və inkişaf perspektivləri dəyərləndirilib. Ölkələrimiz arasında iqtisadi tərəfdaşlığın davamlı inkişafının önəmi vurğulanıb. Türkmənistanla ticarət və investisiya əməkdaşlığının möhkəmləndirilməsi potensialı qeyd edilib. Bununla yanaşı, müxtəlif istiqamətlər üzrə qarşılıqlı faydalı işbirliyi, birgə layihələrin həyata keçirilməsi üçün imkanlar diqqətə çatdırılıb.

Tərəflər ikitərəfli əməkdaşlığın strateji prioritetlərini, enerji, nəqliyyat-tranzit, logistika və digər sahələrdə birgə fəaliyyətin genişləndirilməsini müzakirə ediblər.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
69
2
azertag.az

3Mənbələr