AZ

Kir Starmer: Böyük Britaniya ABŞ və Avropa arasında seçim etməyəcək

ain.az, Azertag portalına istinadən məlumat verir.

London, 1 aprel, AZƏRTAC

Bizim maraqlarımıza uyğun olan həm ABŞ, həm də Avropa ilə güclü münasibətlərin qorunmasıdır.

AZƏRTAC xəbər verir ki, bunu Böyük Britaniyanın Baş naziri Kir Starmer bu gün keçirilən mətbuat konfransında bildirib. O, ABŞ ilə münasibətlərin pisləşməsi fonunda ölkəsinin Avropaya daha çox yaxınlaşıb-yaxınlaşmadığı ilə bağlı sualı cavablandırıb.

Baş nazir bildirib ki, Böyük Britaniya ABŞ və Avropa arasında seçim etmək niyyətində deyil. O, əlavə edib ki, müdafiə və təhlükəsizlik, enerji emissiyaları və iqtisadiyyat sahələrində Avropa ilə daha sıx əməkdaşlığa ehtiyac var. Baş nazirin sözlərinə görə, qitə ilə əlaqələrin gücləndirilməsi, eyni zamanda, ABŞ ilə münasibətlərin də möhkəmlənməsinə kömək edəcək.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
24
3
azertag.az

4Mənbələr