Idman.biz portalından alınan məlumata görə, ain.az xəbər verir.
18 yaşadək voleybolçuların Azərbaycan birinciliyinin pley-off mərhələsi start götürür.
İdman.Biz xəbər verir ki, oyunlar 3-5 aprel tarixlərində Bakı şəhərində təşkil olunacaq. Bu mərhələdə ümumilikdə 14 komanda mübarizə aparacaq. Qızların yarışında 6, oğlanların yarışında isə 8 komanda çempionluq uğrunda mübarizə aparacaq.
Qarşılaşmalar Abşeron Olimpiya İdman Kompleksində və Azərbaycan Voleybol Federasiyasının idman zalında keçiriləcək.
Reqlamentə əsasən, oğlanların yarışında oyunların qalibləri, qızların yarışında isə qalib komandalar və ən yaxşı nəticə göstərən məğlub komanda yarımfinal mərhələsində iştirak hüququ qazanacaq.
Oyun proqramı
3 aprel
U-18 (oğlanlar)
10:30. “Naxçıvan” – “Murov Az Terminal”
12:30. “Oğuz RVK” – “ORDU”
14:30. “Bakı RVK – “Sumqayır RVK”
16:30. “Şərqi Zəngəzur RVK” - “Gəncə RVK”
Ünvan: Abşeron OİK
U-18 (qızlar)
09:30. “Milli Aviasiya Akademiyası” – “Şərqi Zəngəzur RVK”
11:30. “Gəncə RVK” - “Lokomotiv”
13:30. “Möminə Xatun” – “Oğuz RVK”
Ünvan: AVF-nin idman zalı
İdman.Biz
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.