AZ

Bütün İtaliyadan üzr istəyirəm Qattuzo

Sportal.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

İtaliya milli komandası DÇ-2026-nın seçmə mərhələsinin pley-off finalında Bosniya və Herseqovinaya penaltilər seriyasında məğlub olub.

Sportal.az xəbər verir ki, “Skuadra Adzurra”nın baş məşqçisi Cennaro Qattuzo oyundan sonra komandasının çıxışını şərh edib. 48 yaşlı mütəxəssis komandasının məğlubiyyətə layiq olmadığını deyib:

“Yalnız komandamıza təşəkkür edə bilərəm. Uzun illərdir belə milli görməmişdim. Amma bu nəticə bütün ölkəni uzun müddət ağrıda saxlayacaq. Hakimlər və ya başqa amillər barədə danışmaq istəmirəm. Belə məğlubiyyəti qəbul etmək çətindir və bunu dərk etmək üçün vaxt lazımdır. Bizdən milli formanı layiqincə təmsil etmək tələb olunurdu və biz bunu göstərdik. Hər şeyi ayrı-ayrı epizodlar həll etdi. Meydanda etməli olduğumuzu etdik, amma hər zaman daha artığını etmək olar.

Mən məşqçi kimi, eləcə də milli komandanın ətrafındakı hər kəs bilir ki, bəzən çətin anlar olur. Oyundan dərhal sonra nəyin dəyişdirilməli və ya yaxşılaşdırılmalı olduğunu deməyi sevən insan deyiləm. Uşaqlar belə məğlubiyyətə layiq deyildilər. İlk hissədən sonra meydanda 10 nəfər qalsaq da, daha bir qol vurmaq üçün üç real şansımız oldu. Təəssüf ki, bu futboldur. Amma yenə də bu komanda ilə fəxr edəcəyəm.

Bu məğlubiyyəti qəbul etmək çox ağırdır. Çünki bu dünya çempionatı bizə ilk növbədə özümüz, bütün İtaliya və irəliyə doğru addımımız üçün lazım idi. Bu, çox ağır zərbədir. Artıq mövzudan kənar danışmaq istəmirəm. Amma bu gün nəticə ədalətli deyildi. Futbolda çox şey görmüşəm. Bəzən sevinmişəm, bu gün növbəti ağrılı məğlubiyyətlə üzləşdim. Bunu qəbul etmək çətindir. Oyunçularımızın bu oyuna nə qədər güc qoyduğunu görüb hətta mən də təəccübləndim.

Yenə dünya çempionatına gedə bilməməyimizdən danışırıq. Bütün ölkədən üzr istəyirəm ki, bunun qarşısını ala bilmədim. Amma bu gün uşaqlar məni heyran etdilər. Millidəki gələcəyim? Bu gün bu, ümumiyyətlə vacib deyil. Yeganə vacib olan dünya çempionatına vəsiqə idi. Bu nəticəni qəbul edəcəyik, baxmayaraq ki, o, çox ağrılı və məyusedicidir”.

saytlarin hazirlanmasi

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
12
1
sportal.az

2Mənbələr