AZ

Ermənistan bunu edə bilməyəcək!

İrəvan eyni vaxtda iki gömrük ittifaqında ola bilməyəcək.

Publika.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Kremldə Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşündə bildirib.

"Biz görürük ki, Ermənistanda Avropa İttifaqı ilə münasibətlərin inkişafı barədə müzakirələr gedir. Biz buna tamamilə sakit yanaşırıq. Başa düşürük ki, hər bir ölkə üçüncü ölkələrlə əməkdaşlıqdan maksimum üstünlüklər əldə etməyə çalışır. Lakin bu, aydın və ədalətli olmalıdır. Aİ və Avrasiya İqtisadi İttifaqı (Aİİ) ilə gömrük ittifaqında olmaq qeyri-mümkündür. Bu, sadəcə olaraq mahiyyətcə mümkün deyil" - Rusiya lideri deyib.

Putinin sözlərinə görə, məsələ heç siyasətdə də deyil, məsələ sırf iqtisadi xarakter daşıyır.

Seçilən
20
publika.az

1Mənbələr