Bakı. Trend:
Çinin “Xiaomi” şirkəti 175 ABŞ dolları dəyərində 10 kq tutumluağıllı paltaryuyan maşınını təqdim edib.
Trend bu barədəxarici KİV-ə istinadən xəbər verir.
“Xiaomi Mijia Washing Machine Drum 10Kg Ultra-Thin FullyEmbedded” adlı yeni model 516 mm dərinliyə malik korpusla təchizedilib. Maksimal yükləmə həcmi 10 kq təşkil edir.
Qurğu “Xiaomi Pengpai” ekosistemini dəstəkləyir və əsas menyuilə yanaşı şirkətin rəsmi mobil tətbiqi və ya “Xiaomi”ninsəsgücləndiricilərində olan mikrofon vasitəsilə idarə oluna bilər.Digər ağıllı ev cihazları ilə inteqrasiya da nəzərdə tutulub.
Maşın həmçinin, 525 mm diametrli barabana malikdir, 24 yumaproqramını dəstəkləyir və istehsalçının bildirdiyinə görə, 35 növçətin ləkənin öhdəsindən gələ bilir.