"Biz Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ilə bağlı problemlərimizi gizlətməmişik. 2022-ci ildə konkret bir vəziyyətimiz var idi, mexanizmlər işləməli idi, amma işləmədi".
Moderator.az-ın Ermənistan KİV-ə istinadən verdiyi məlumata görə, Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinlə danışıqlar zamanı Ermənistanın KTMT-nin fəaliyyətində niyə iştirak etmədiyini izah edib.
"Biz KTMT-də iştirak etmirik, çünki vətəndaşlarımıza KTMT-nin öhdəliklərinə zidd olaraq niyə reaksiya vermədiyini izah edə bilmirik", - deyə Paşinyan bildirib.
Eyni zamanda Rusiya Prezidenti Vladimir Putin qeyd edib ki, İrəvan 2022-ci ildə Praqada Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu etiraf etdikdən sonra KTMT-nin bu prosesə müdaxilə etməsi tamamilə yersiz olardı.