Cebheinfo saytından alınan məlumata görə, ain.az bildirir.
"SM-Clinic"in terapevti Aleksandr Kozlov yaddaşı gücləndirmək üçün pəhrizə daxil edilməli qidalar barədə danışıb.
“Cebheinfo.az” xarici mediaya istinadən xəbər verir ki, o, açıqlamasında yağlı dəniz məhsullarının - siyənək, skumbriya və qızılbalığın vacibliyini vurğulayıb.
Onun sözlərinə görə, beynin təxminən 60 faizi yağdan ibarətdir və bu balıqlarda olan dokosaheksaen turşusu (DHA) neyronların qorunmasında mühüm rol oynayır. Həftədə ən azı iki dəfə balıq yemək boz maddənin artması ilə əlaqələndirilir.
Kozlov əlavə edib ki, qaragilə və böyürtkən kimi tünd giləmeyvələr də yaddaş üçün faydalıdır. Bu meyvələr beyin hüceyrələrini qoruyan antioksidantlarla zəngindir.
Həkim, həmçinin ispanaq, kələm və rukkola kimi yarpaqlı göyərtilərin müntəzəm istehlakını tövsiyə edib. Araşdırmalara görə, bu qidaları tez-tez qəbul edən insanların koqnitiv göstəriciləri daha gənc yaş qrupları ilə müqayisə oluna bilər.
Kozlov qeyd edib ki, bu, qısamüddətli deyil, uzunmüddətli yanaşma tələb edən bir prosesdir.
Nevroloq Anjani Kumar Şarma isə daha əvvəl gənclərdə yaddaş zəifləməsinin əsas səbəblərindən birinin xroniki stress olduğunu bildirib.
Aişə Abdulova
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.