AZ

Neftin qiymətinin düşməyi müharibənin bitməyindən xəbər verirmi?

ain.az bildirir, Gununsesi saytına əsaslanaraq.

Dünyada baş verən müharibələr fonunda müşahidə edilən bir məsələdə neft qiymətləridir.

Müharibə fonunda neft qiymətləri əvvəlcə artsa da, indi kəskin düşüş yaşanır və bazarlar canlanır.

Maraqlıdır ki, müharibə şəraitində neftin daim bahalaşması gözlənilirdi.

Qiymətlərin düşməsi bazarın nəyi “qiymətləndirdiyini” göstərir?

Bu düşüş realdır, yoxsa bazarın psixoloji reaksiyasıdır?

Bu barədəGununsesi.info-ya iqtisadçı Natiq Cəfərli danışıb.

O bildirib ki, qiymətlərin enməyi müharibənin bitəcəyindən xəbər verir.

“Həm danışıqların getməsi, həm də Trampın müharibənin yekunlaşması ilə bağlı açıqlaması gözləntiləri o yönə çevirib ki, həm Hörmüz məsələsində müəyyən anlaşma ola bilər, həm ümumiyyətlə müharibə bitə bilər. Buna görə də neft qiymətlərinə psixoloji basqı yaradılıb”,- deyə o qeyd edib.

Orxan

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
13
icma.az

1Mənbələr