AZ

“Universitetlərin paytaxtdan köçürülməsində maraqlı olmalıyıq” Cəmiyyət sədri

525.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

“Uiversitetlərin çoxunun paytaxtda cəmləşməsi həm tıxacların yaranmasına, həm də digər şəhər və regionların ümumi inkişafdan geri qalmasına səbəb olur. Çünki universitet mühiti yalnız təhsil mühiti deyil, fərqli şəhərlərdə universitetlər mövcud olanda həmin bölgənin, şəhərin ümumi intellektual inkişafı şərtlənir. Eyni zamanda mədəni mühit formalaşır. Bu baxımdan düşünürəm ki, universitetlərin paytaxtdan köçürülməsində maraqlı olmalıyıq”. 

Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov bunu 525.az-a bildirib. O vurğulayıb ki, Bakı şəhərinin baş planı təsdiq olunub. Baş planda Bakı şəhərinin genişləndirilməsi çərçivəsində universitetlərin köçürülməsini gündəmə gətirir. Digər tərəfdən, işğaldan azad olunmuş torpaqların bərpası, yenidən qurulması və yeni infrastrukturun təmin olunması, universitet mühitinin formalaşması gündəmdədir:

“Düşünürəm ki, yalnız işğaldan azad olunmuş ərazilərdə deyil, ölkənin digər bölgələrində də universitetlərin fəaliyyətə başlaması faydalı ola bilər. Eyni zamanda universitetlər üçün fərqli yaşayış kampusları olur”.

Sevinc Qarayeva 

 

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
45
525.az

1Mənbələr