AZ

Qarabağ və KTMT ətrafında gərgin dialoq – Paşinyan Putinə NƏ DEDİ? – VİDEO

Rusiya Prezidenti Vladimir Putin və Ermənistan Baş naziri Nikol Paşinyan arasındakı son görüşdə İrəvanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı (KTMT) fəaliyyətini dondurması və tərəflərin qarşılıqlı ittihamları əsas müzakirə mövzusu olub. Ermənistanın hərbi blokdan uzaqlaşma səbəbləri ilk mənbələrdən gələn kəskin bəyanatlarla aydınlıq qazanıb.

NOCOMMENT.az xəbər verir ki, Nikol Paşinyan görüş zamanı Ermənistanın KTMT-dəki iştirakını dondurmasının əsas səbəbi kimi təşkilatın Qarabağdakı münaqişə zamanı nümayiş etdirdiyi “fəaliyyətsizliyi” göstərib. Erməni baş nazir qeyd edib ki, rəsmi İrəvan KTMT-nin bu mövqeyini öz cəmiyyətinə izah etməkdə çətinlik çəkir və bu, ölkə daxilində ciddi suallar doğurur.

Vladimir Putin isə cavabında KTMT-nin prosesə müdaxilə etməməsinin səbəblərinin birbaşa Ermənistanın öz diplomatik qərarları ilə bağlı olduğunu vurğulayıb. Rusiya lideri bildirib ki, İrəvanın Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıması təşkilatın əl-qolunu bağlayıb:

“Düşünürəm ki, 2022-ci ildə Praqada Qarabağın Azərbaycanın bir hissəsi olduğunu etiraf etməyinizdən sonra, KTMT tərəfindən artıq ‘Azərbaycanın daxili məsələsi’ xarakteri almış bu prosesə müdaxilə etmək tamamilə qeyri-etik olardı”.

Bu bəyanatla Rusiya tərəfi Ermənistanın ittihamlarını rədd edərək, məsuliyyəti birbaşa Paşinyan hökumətinin üzərinə qoyub. Putinin sözlərinə görə, Ermənistanın özü Qarabağ üzərində Azərbaycanın suverenliyini sənəd üzərində təsdiqlədiyi üçün hər hansı kənar hərbi müdaxilə beynəlxalq hüquq normalarına zidd olardı. Görüş bir daha sübut etdi ki, Rusiya və Ermənistan arasında KTMT və Qarabağ məsələsindəki yanaşma tərzi kəskin şəkildə fərqlənməyə davam edir.

Sara

Seçilən
17
nocomment.az

1Mənbələr