AZ

Rusiyanın ən böyük neft kimya zavodunda yanğın 2 ölü, 72 yaralı

525.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Tatarıstan Respublikasında Rusiyanın ən böyük neft-kimya zavodlarından biri olan Nijnekamsknefteximdə yanğın baş verib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, yanğın nəticəsində iki nəfər ölüb, 72 nəfər isə yaralanıb.

Yanğınla bağlı rəsmi açıqlamada qeyd olunub ki, zavod işçiləri qısa zaman təhlükəsiz əraziyə təxliyə edilsələr də, iki nəfərin həyatını xilas etmək mümkün olmayıb. Yaralanan 72 nəfərə isə lazımi tibbi yardım göstərilib.

Yanğının texniki nasazlıq səbəbindən baş verdiyi bildirilib. Lakin Rusiya mətbuatında yayılan görüntülərdə yanğından az əvvəl zavodda böyük partlayış baş verdiyi göstərilir.

İbrahim Cəfərov

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
51
525.az

1Mənbələr