AZ

Putin yeni qlobal ticarət marşrutunun siqnalını verir ŞƏRH

Sherg.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Aydın Sezer: "Dünya yeni ticarət yolları uğrunda gizli mübarizəyə girib"

"Rusiya Prezidenti Vladimir Putin deyib ki, "Rusiya dünyaya təhlükəsiz və etibarlı nəqliyyat və logistika marşrutları təklif edə bilər. Bu, Yaxın Şərqdəki faciəli hadisələr nəzərə alınmaqla xüsusilə vacibdir".

Rusiya lideri qeyd edib ki, Rusiya dünyaya bu cür həllər təklif edə, qlobal logistika və ümumilikdə beynəlxalq ticarət üçün yeni arxitekturanın formalaşmasında əsas rol oynayar.

Putinin sözlərinə görə, Moskvanın tərəfdaşları üçün Rusiya logistika marşrutları iqtisadi cəhətdən (tranzit müddətinin azaldılması səbəbindən) və qlobal nəqliyyat axınlarının şaxələndirilməsi baxımından faydalı ola bilər.

Xarici siyasət üzrə türk ekspert Aydın Sezer Sherg.az-a Putinin açıqlamalarının əslində Şimal dənizi və Arktik okeanı üzərindən Çini Avropaya bağlayacaq marşrutun mənası və əhəmiyyətinə işarə etdiyini vurğulayıb:

"Şimal-Cənub Dəhlizi də mövcuddur. Xüsusilə Bəndər-Abbasdan, Körfəzdən başlayaraq İran və Azərbaycan üzərindən keçib Moskvaya, oradan isə Avropaya çatan başqa bir marşrutdan söhbət gedir.

Bu səbəbdən Yaxın Şərqdəki hadisələr, bölgənin daim böhranlarla üzləşməsi, başda Süveyş kanalı olmaqla keçid haqlarının və nəqliyyat xərclərinin artması, Hörmüz boğazının statusunun necə olacağının qeyri-müəyyənliyi kimi bir çox amillər meydana gəlir. Bunlar Qərb ölkələrini, ABŞ-ni, Hindistanı və Çini daim yeni yollar və marşrutlar axtarmağa sövq edir.

Biz daha çox Çinin “Bir kəmər, bir yol” layihəsini tanıyırıq. Rusiyanın isə son dövrlərdə xüsusilə Şimal dənizi və Arktik okeanı üzərindən bu prosesə töhfə verməsi həqiqətən çox önəmlidir".

Analitik qeyd edib ki, cənubda artıq ABŞ və Hindistanın təşəbbüsü ilə Körfəzdən başlayaraq İsrailə, oradan da Yunanıstan üzərindən Avropaya uzanacaq “IMEC” (Hindistan-Yaxın Şərq-Avropa İqtisadi Dəhlizi) marşrutunun planlaşdırıldığı məlumdur:

"Hətta son İran müharibəsinin də müəyyən mənada bu marşrutun qarşısını açmağa yönəlmiş cəhd olduğu iddia olunur. Burada söhbət yalnız quru yollarından getmir. Boru kəmərlərindən tutmuş dəniz daşımalarına qədər inteqrasiya olunmuş yeni marşrutlar planlaşdırılır.

Nəticə etibarilə, dünya ticarət sistemi artıq ciddi bir axtarış mərhələsindədir. Məhz bu nöqtədə Putinin dedikləri əhəmiyyət qazanır. Lakin Ukrayna müharibəsi səbəbindən, xüsusilə Avropanın Rusiyanı təcrid etmə və kənarlaşdırma siyasəti Putinin bu fikirlərinin geniş şəkildə görünməsinə mane olur.

Bununla belə, unutmamalıyıq ki, eyni Avropa bu gün enerji çatışmazlığı ilə üz-üzədir". 

Politoloq vurğulayıb ki, Avropa yenidən Rusiya neftinə, hətta Rusiya qazına yönəlmək məcburiyyətində qala bilər:

"Xəritəyə nəzər saldıqda Yaxın Şərqdə davamlı siyasi qeyri-sabitlik fonunda Putinin açıqlamalarının mühüm əhəmiyyət daşıdığını demək olar".

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
30
sherg.az

1Mənbələr