AZ

Abbasqulu ağa Bakıxanovun doğulub böyüdüyü ev qəzalı vəziyyətə düşüb

ain.az, Baku.ws portalına istinadən məlumat yayır.

Abbasqulu ağa Bakıxanovun Bakının Əmircan qəsəbəsində doğulub boya başa çatdığı ev şiddətli yağışlardan sonra qəzalı vəziyyətə düşüb.

BAKU.WS xəbər verir ki, bu barədə sosial şəbəkələrdə paylaşım edilib.

Bildirilir ki, son günlər müşahidə olunan güclü yağışlar nəticəsində tikilinin vəziyyəti xeyli pisləşib.

Qeyd olunur ki, evin bəzi divarlarında ciddi çatlar yaranıb, hətta müəyyən hissələrdə uçqun baş verib. Hazırda bina tamamilə uçma təhlükəsi ilə üz-üzədir.

Tarixi və mədəni əhəmiyyət daşıyan bu evin mövcud durumu ictimaiyyətdə narahatlıq doğurub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
26
1
baku.ws

2Mənbələr