AZ

Vakansiyaların 50% dən çoxu cəmi 4 sahə üzrədir, əməkhaqqı şəffaflığı aşağı səviyyədədir HESABAT

ain.az bildirir, Marja.az portalına istinadən.

"Falcon Consulting Group" tərəfindən "Əmək Bazarının Nəbzi" adlı analitik bülleten hazırlanıb. Məlumat mənbəyi vakansiya portallarından birində mövcud olan 1979 aktiv vakansiyadır.  Bununla belə, hesabat əmək bazarının tam mənzərəsini deyil, görünən hissəsini əks etdirir.: şirkətlərin bir hissəsi vakansiyaları öz saytlarında, LinkedIn-də və ya digər platformalarda yerləşdirir, rəhbər mövqelər isə çox vaxt headhunting vasitəsilə doldurulur.

Marja.az xəbər verir ki, Bülletenin Xülasə hissəsində bildirilir:

Bazar konsentrasiya edir: vakansiyaların 50%-dən çoxu cəmi 4 kateqoriyada (maliyyə, satış, inzibati işlər, IT) cəmləşib — bu, iqtisadiyyatın diversifikasiya səviyyəsinin hələ aşağı olduğuna işarədir.

• Əmək haqqı şəffaflığı aşağı səviyyədədir: vakansiyaların yalnız 28,6%-i əmək haqqını açıqlayır; orta əmək haqqı (1023 AZN) ilə median (800 AZN) arasındakı 28% fərq bazarın qeyri-bərabər strukturuna dəlalət edir.

• AI inqilabı qapıdan kənardadır: AI bacarıqlarına tələb cəmi 1,1% (22 vakansiya) təşkil edir — regionun sürətlə rəqəmsallaşan bazarları ilə müqayisədə ciddi geriləmə siqnalı.

• Neft-qaz sektoru “görünməz”dən görünənə: Ölkə ÜDM-nin ~35%-ni yaradan neft-qaz sektoru vakansiyaların cəmi 1,6%-ini təşkil edir. Bu, sektorun fərqli işəgötürmə kanallarından istifadə etdiyini göstərir.

Hər gün yeni vakansiyalar - AzVak.az-da

BAZARIN NƏBZİ: HAZIRDA NƏ BAŞ VERİR

Tələbin strukturu

Bülletendə qeyd edilib ki, işəgötürənlərin axtardığı profillərin yarısından çoxu dörd kateqoriyada cəmləşib: maliyyə (16,0%), satış (12,4%), inzibati/ofis işləri (11,1%) və IT/mühəndislik (10,1%). Bu, bazarın “tranzaksiya yönümlü” olduğunu göstərir: şirkətlər əsasən gündəlik əməliyyatları idarə edən kadrlar axtarır, strateji və innovasiya yönlü rollar isə arxa planda qalır. Bundan nə irəli gəlir? Bu, şirkətlərin qısamüddətli ehtiyacları uzunmüddətli rəqabətqabiliyyətlilikdən üstün tutduğunu göstərir.

“İsti” və “soyuq” sektorlar

İsti sektorlar: Ticarət/pərakəndə (12,7%), banklar/maliyyə (10,6%) və tikinti (8,8%) ən çox kadr axtarışı aparır. Bu üçlük daxili istehlak və infrastruktur investisiyaları ilə hərəkət edir.

Soyuq sektorlar: Neft-qaz və energetika cəmi 1,6% (31 vakansiya) ilə son sıralardadır. Lakin bu, tələbin aşağı olduğunu deyil, bu sektorun fərqli işəgötürmə modelindən — birbaşa müraciət, beynəlxalq agentliklər və headhunting — istifadə etdiyindən qaynaqlanır.

Rəhbər və icraçı mövqelər arasında fərq

1979 vakansiyanın yalnız 259-u (13,1%) idarəetmə mövqeləridir. Bu rəqəm aşağı görünsə də, kontekstdə dəyərləndirmək lazımdır: idarəetmə mövqeləri təbii olaraq piramidanın daha dar hissəsini təşkil edir. Əsas sual budur: bu mövqelər açıq elan vasitəsilə doldurulurmu, yoxsa qapalı kanallarda? Reallıqda, rəhbər mövqelərin əhəmiyyətli hissəsi headhunting və daxili təyinatla doldurulur, buna görə də bu göstəriciyə ehtiyatla yanaşmaq lazımdır.

KADR QITLIĞI VƏ İMKANLAR

Qıtlıq zonaları

Təhsil sektoru diqqətə layiqdi

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
0
1
marja.az

2Mənbələr