AZ

Trampın reytinqi rekord həddə düşdü -Vətəndaşların 35%-i onu dəstəkləyir

Amerikalıların yalnız 35%-i ABŞ Prezidenti Donald Trampın fəaliyyətini bəyənir.

Redaktor.az "The Economist/YouGov" tərəfindən keçirilən sorğuya istinadən bu haqda xəbər verir.

Qeyd olunur ki, respondentlərin 21%-i Amerika liderinin işini tamamilə dəstəkləyir. Eyni zamanda, sorğu iştirakçılarının 58%-i Trampdan narazılığını ifadə edib, onlardan 48%-i isə onun fəaliyyətini qəti şəkildə bəyənmir. Nəşr vurğulayır ki, bu, Trampın hər iki prezidentlik dövrü ərzindəki ən pis göstəricilərindən biridir.

Bundan əlavə, sorğu göstərib ki, Tramp 2024-cü il seçkilərində ona səs vermiş ən sadiq elektoratının dəstəyini sürətlə itirməkdədir. Araşdırmanın nəticələrinə görə, hazırda bu qrupun 76%-i onun fəaliyyətini bəyənir, halbuki üç həftə əvvəl bu göstərici 84% səviyyəsində idi.

Öz növbəsində, "İctimai Rəy" Fondu (FOM) tərəfindən hazırlanan reytinqə əsasən, Rusiya Prezidenti Vladimir Putinin işini rusiyalıların 79%-i bəyənir. Sorğuda iştirak edənlərin yalnız 8%-i Putinin fəaliyyəti haqqında mənfi rəy bildirib, 13%-i isə qərar verməkdə çətinlik çəkib. Sorğu iştirakçılarının 77%-i prezidentə etimad göstərdiyini bəyan edib. Rusiya liderinə etibar etməyənlər vətəndaşların 12%-ni təşkil edib, digər 11%-i isə cavab verməkdə çətinlik çəkib.

Xədicə BAXIŞLI

Seçilən
39
1
redaktor.az

2Mənbələr