AZ

Paşinyandan Putinlə görüş haqda ilkin təəssürat Nələr dedi?

GlobalInfo portalından verilən məlumata əsasən, ain.az bildirir.

Ermənistanın baş naziri Nikol Paşinyan İrəvan ilə Moskva arasında münasibətlərin ölkəsi üçün mühüm əhəmiyyət daşıdığını bəyan edib.

Globalinfo.az xəbər verir ki, o, bu fikirləri Kremldə Rusiya prezidenti Vladimir Putinlə görüşü zamanı səsləndirib.

Paşinyan vurğulayıb ki, Azərbaycanla sülh prosesinin irəliləməsi Ermənistanın Rusiya ilə münasibətlərinə də müsbət təsir göstərir. Onun sözlərinə görə, yaxın vaxtlarda Ermənistanın öz məhsullarını Azərbaycan üzərindən Rusiyaya ixrac etməsi mümkün ola bilər.

Baş nazir qeyd edib ki, Azərbaycan ərazisindən keçən dəmir yolu daşımalarının bərpası Ermənistan-Rusiya iqtisadi əlaqələrinin inkişafına töhfə verəcək.

Əliyar Xəlil

Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
12
globalinfo.az

1Mənbələr