AZ

Putindən Paşinyana: Əgər Ermənistan Aİ yə üzv olsa, o zaman...

GlobalInfo saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Vladimir Putin Ermənistanın Avropa İttifaqına mümkün üzvlüyü məsələsinə münasibət bildirib.

Globalinfo.az-ın xəbərinə görə, Rusiya prezidenti qeyd edib ki, Moskva Ermənistanda Avropa İttifaqı ilə münasibətlərin inkişafı ətrafında gedən müzakirələri sakit qarşılayır.

Onun sözlərinə görə, Ermənistanın eyni vaxtda həm Aİ, həm də Avropa İqtisadi İttifaqına üzvü olması hazırkı şəraitdə mümkün deyil. Putin vurğulayıb ki, bu məsələ daha çox iqtisadi xarakter daşıyır və bəlkə gələcəkdə vəziyyət dəyişə bilər. Amma indiki mərhələdə bu, real görünmür.

O, həmçinin Rusiyanın Ermənistana satdığı qazın qiyməti ilə Avropadakı qiymətlər arasında ciddi fərqin olduğunu diqqətə çatdırıb.

Putin bildirib ki, Rusiya ilə Ermənistan arasında ticarət dövriyyəsi 2025-ci ildə 6,4 milyard dollar təşkil edib.

Əliyar Xəlil

Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
4
globalinfo.az

1Mənbələr