AZ

Yapon azarkeşlər “Uembli”ni də təmizlədi Video

ain.az bildirir, Qol.az portalına istinadən.

Yapon azarkeşlər “Uembli”ni də təmizlədi - Video

Yaponiya milli futbol komandasının azarkeşləri İngiltərə üzərində 1:0 hesablı qələbədən sonra nümunəvi addımları ilə diqqət çəkiblər.

QOL.az bu barədə Briyaniya mənbələrinə istinadən məlumat yayıb.

Martın 31-i “Uembli” stadionunda keçirilən yoxlama matçı başa çatdıqdan sonra yapon fanatlar tribunadakı yerlərini tərk etməzdən əvvəl ərazilərini təmizləyiblər. Sosial şəbəkələrdə yayılan görüntülərdə onların zibil yığması və oturacaqları səliqəyə salması əks olunub.

Bu hadisə ilə əlaqədar “Uembli” stadionu sosial şəbəkə hesabı vasitəsilə Yaponiya millisinə təşəkkür edib.

“Samuray Blue” ləqəbi ilə tanınan komandanın azarkeşləri artıq uzun illərdir belə davranışları ilə tanınır və bu dəfə də futbol ictimaiyyətinin rəğbətini qazanıblar.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
29
50
qol.az

10Mənbələr