AZ

Alimlər demensiyaya qarşı beyni təmizləyən yeni birləşmə kəşfETDİ

Sent-Luisdəki Vaşinqton Universiteti Tibb Fakültəsinin alimləri beynin hüceyrələrinə zərərli zülallardan xilas olmağa kömək edən və neyronları alın-gicgah demensiyası zamanı məhv olmaqdan qoruyan G2 birləşməsini aşkar ediblər.

Redaktor.az xəbər verir ki, tədqiqatın nəticələri "Nature Communications" (NatCom) jurnalında dərc olunub.

Alın-gicgah demensiyası tez-tez orta yaşlarda inkişaf edən, şəxsiyyət və davranış dəyişiklikləri, həmçinin koqnitiv funksiyaların tədricən pisləşməsi ilə müşayiət olunan ağır neyrodegenerativ xəstəlikdir. Xəstəliyin səbəblərindən biri neyronlarda hüceyrələrin fəaliyyətini pozan, səhv qatlanmış tau-zülalının toplanması hesab olunur.

Yeni tədqiqatda alimlər bu növ demensiyadan əziyyət çəkən pasiyentlərin dəri hüceyrələrindən əldə edilmiş neyronları öyrəniblər. Belə hüceyrələrdə tau-zülalı mutasiyası hüceyrə tullantılarının təkrar emalına cavabdeh olan strukturların lizosomların işini pozurdu. Nəticədə neyronların daxilində "zibil" toplanır, bu isə zamanla onların zədələnməsinə və məhvinə səbəb olurdu.

Tədqiqatçılar müəyyən ediblər ki, G2 birləşməsinin analoqu autofagiyanı  hüceyrənin zədələnmiş zülallardan və digər tullantılardan təbii təmizlənmə prosesini aktivləşdirmək qabiliyyətinə malikdir. Bu maddə ilə emal edildikdən sonra neyronlar toksik zülallardan daha səmərəli şəkildə xilas olub, tau-zülalının səviyyəsi aşağı düşüb, hüceyrələr isə yaşama qabiliyyətini qoruyub saxlayıb.

Autofagiya beyin sağlamlığının qorunmasında vacib mexanizm hesab olunur, lakin yaş artdıqca onun səmərəliliyi azalır. Buna görə də, bu prosesin gücləndirilməsi neyrodegenerativ xəstəliklərin müalicəsində potensial strategiya kimi nəzərdən keçirilir.

Alimlər qeyd edirlər ki, G2 birləşməsi artıq beynin digər xəstəlik modellərində də qoruyucu təsir nümayiş etdirib. Xüsusilə, əvvəllər onun sinir sisteminin genetik xəstəliyi olan Hantinqton xəstəliyi zamanı hüceyrə zədələnməsinin qarşısını ala bildiyi göstərilib.

Tədqiqatçıların sözlərinə görə, gələcəkdə bu növ maddələr demensiyanın kombinə edilmiş terapiyasının bir hissəsi ola bilər. Məsələn, autofagiyanı gücləndirən və hüceyrələri toksik zülallardan təmizləyən preparatlar, bu zülalların yaranmasını azaldan dərmanlarla birlikdə tətbiq edilə bilər.

Xədicə BAXIŞLI

Seçilən
38
1
redaktor.az

2Mənbələr