AZ

Xırdalanda yaşayış binalarının zirzəmiləri 3 metrədək kanalizasiya suyu ilə dolduVİDEO

Abşeron rayonunun Xırdalan şəhərində qurunt suları ciddi infrastruktur problemi yaradıb. Belə ki, Mehdi Hüseynzadə küçəsində yerləşən  yaşayış kompleksinin bir sıra binalarının zirzəmiləri kanalizasiya suları ilə dolub.

Xezerxeber.az xəbər verir ki, sakinlərin sözlərinə görə, hazırda zirzəmilərdə suyun səviyyəsi  yüksəlib. Bu vəziyyət lift sistemlərinin tamamilə dayanmasına gətirib çıxarıb. Nəticədə, xüsusilə yaşlı və fiziki məhdudiyyətli şəxslər üçün binalarda hərəkət ciddi çətinləşib.

Məsələ ilə bağlı Abşeron Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsindən

“Xəzər Xəbər”ə bildirilib ki, yaranmış vəziyyət Xırdalan şəhəri və Masazır ərazisini qidalandıran suötürücü nasosxanada bir neçə gün əvvəl baş vermiş qəza ilə əlaqədardır. Qurumdan verilən məlumata görə, hazırda ərazidə Bakıdan dəvət olunmuş mütəxəssislər tərəfindən intensiv işlər aparılır. Artıq bərpa işlərinin təxminən 50 faizi tamamlanıb və yaxın zamanda sistemin tam işlək vəziyyətə gətiriləcəyi gözlənilir. Bundan sonra problem tam aradan qaldırılacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
66
xezerxeber.az

1Mənbələr