AZ

UNCTAD: Hörmüz boğazının bloklanması dünya ticarətinin artımını kəskin yavaşlada bilər

Moderator.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Hörmüz boğazı vasitəsilə gəmiçiliyin mümkün dayanması fonunda dünya ticarət dövriyyəsinin artımı əhəmiyyətli dərəcədə yavaşlaya bilər.

Moderator.az xəbər verir ki, bu barədə BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının (UNCTAD) hesabatında bildirilib.

Ekspertlərin qiymətləndirmələrinə görə, boğazın fəaliyyətindəki fasilələr artıq dünya ticarəti üçün şoka çevrilib. Qeyd olunur ki, nəticədə qlobal tələbatın zəifləməsi və qeyri-müəyyənliyin artması fonunda qlobal ticarət dövriyyəsinin artımı 2025-ci ildəki 4,7 %-dən 2026-cı ildə 1,5-2,5 %-ə qədər azala bilər.

"Münaqişənin daha da kəskinləşməyəcəyi şərti ilə dünya iqtisadi artım templəri 2025-ci ildəki 2,9 %-dən 2026-cı ildə 2,6 %-ə qədər yavaşlaya bilər", - hesabatda qeyd olunub.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
15
3
moderator.az

4Mənbələr