AZ

Müəllim olmaq istəyənlərin nəzərinə: Diplom şərti dəyişdi

Demokrat.az saytına istinadən ain.az xəbər verir.

Artıq pedaqoji təhsili olmayan şəxslər də müəllim işinə qəbul üçün müsabiqədə iştirak edə biləcək. Bu addım müəllim ehtiyatını artırmaq məqsədi daşısa da, təhsilin keyfiyyətinə təsir məsələsi diqqət mərkəzindədir. Əsas sual isə ondan ibarətdir ki, sonradan keçiriləcək təlimlər və sertifikatlaşdırma prosesi müəllim hazırlığında yaranan boşluğu nə dərəcədə kompensasiya edə biləcək.Məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən təhsil eksperti Məzahir Məmmədli bildirib ki, yeni qaydalara uyğun olaraq pedaqoji təhsili olmayan şəxslərin təhsilə və tədrisə cəlb olunması kifayət qədər effektiv ola bilər. "Bu xüsusilə bəzi yerlərdə və ucqar bölgələrdə öz təsirini göstərəcək. Belə ki, indiyədək yüzlərlə abituriyent yetişdirmiş riyaziyyat müəllimləri var ki, onların pedaqoji ixtisasları yoxdur. Onların bəziləri Texniki Universiteti, bəziləri isə İnşaat Mühəndisləri Universitetini bitirib. Məsələn, Neft və Sənaye Universitetini bitirən və riyaziyyatdan repetitorluq edən müəllimlər var. Pedaqoji ixtisasları olmasa da, onlar bu sahədə dərs keçə bilirlər".Ekspert Məzahir Məmmədli hesab edir ki, bu yanaşma xüsusilə ucqar bölgələrdə kadr problemini həll edə bilər. Onun sözlərinə görə, uzun illərdir repetitorluq edən, lakin diplomu mühəndislik olan kifayət qədər təcrübəli şəxslər var. Məsələn, Texniki Universitet və ya Neft və Sənaye Universitetinin məzunları riyaziyyatdan yüksək səviyyədə dərs keçmək potensialına malikdirlər."Məsələn, kompyuter mühəndisləri informatikadan dərs deyə bilərlər. Tarixi bitirən, amma tarix müəllimliyi ixtisası olmayan şəxslər isə tarix dərslərinə cəlb oluna bilər. Bu kimi oxşar ixtisas sahələrində yerlərdə çatışmayan müəllimləri rahatlıqla əvəz etmək mümkündür. Beləliklə, pedaqoji ixtisası olmayan mütəxəssislərin təhsilə cəlb olunması elm və təhsilin inkişafına müəyyən qədər fayda verə bilər".Bu qərarın icrası nəticəsində məktəblərdəki ixtisaslı kadr çatışmazlığının, xüsusən də texniki fənlər üzrə yaranan boşluğun minimuma enəcəyi proqnozlaşdırılır. Pedaqoji təhsili olmayan mütəxəssislərin sistemə inteqrasiyası həm də təhsilə yeni və daha praktiki baxış bucağı gətirə bilər. Prosesin uğuru isə birbaşa olaraq həmin şəxslərin keçəcəyi metodiki hazırlıq kurslarının və sertifikatlaşdırma mərhələsinin keyfiyyətindən asılı olacaq.Əfsanə Kamal

Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
72
demokrat.az

1Mənbələr