AZ

22.5 milyon dolları həyat yoldaşının adına keçirib

Ukraynanın keçmiş prezidenti Petro Poroşenko təxminən 22.5 milyon dollar dəyərində olan qiymətli kağızları həyat yoldaşının adına yenidən rəsmiləşdirib.

Publika.az TASS-a istinadən xəbər verir ki, bu barədə onun 2025-ci il üzrə gəlir bəyannaməsində əks olunub.

Bəyannamədə həmin qiymətli kağızlar "hədiyyə" kimi rəsmiləşdirilib.

Qeyd edək ki, keçmiş prezident bundan əlavə, ümumi məbləği 72.2 milyon dollar olan nağd pul vəsaitini bəyan edib. Bəyannamədə onun Avstriya, Kipr, Türkiyə və Ukraynanın müxtəlif banklarında olan hesablarında təxminən 35 milyon dollar olduğu da öz əksini tapıb.

Seçilən
26
3
publika.az

4Mənbələr