AZ

Moskvada Paşinyanın şəklini yandırdılar - VİDEO

Moskvanın mərkəzində Ermənistan səfirliyinin yaxınlığında keçirilən mitinq zamanı Ermənistanın Baş naziri Nikol Paşinyanın portreti yandırılıb.

"Unikal" xəbər verir ki, mitinq Erməni Apostol Kilsəsinə dəstək məqsədilə keçirilib. Toplananlar onun daxili işlərə müdaxiləyə son qoyulmasını tələb ediblər. Onlar Paşinyanın hökumətini "Ermənistanı məhv edən cinayətkar, korrupsiyalaşmış hökumət" kimi təsvir ediblər. Fəallar həmçinin qeyd ediblər ki, Yaxın Şərq münaqişəsinin ilk günlərində Paşinyan "qardaş İran xalqına" kömək etməyib. 

Mitinq iştirakçıları kilsəni və Ermənistan xalqını dəstəkləyən plakatlar qaldırıblar. 

Qeyd edək ki, Paşinyan Rusiyada işgüzar səfərdədir. 

Seçilən
4
2
unikal.az

3Mənbələr