AZ

“Müdriklik yaşıma çatandan sonra başa düşdüm ki...” - 67 yaşlı Vaqif Sadıqov

Bu gün Azərbaycan futbolunda iz qoyan, ayrı-ayrı klubları və milli komandanı çalışdıran Vaqif Sadıqov 67 yaşını tamamlayır. AFFA Məşqçilər Komitəsinin sədri ilə əlaqə saxlayıb, doğum günü düşüncələrini soruşduq: “Müdriklik yaşıma çatandan sonra başa düşdüm ki, ailədən dəyərli heç nə yoxdu. Əvvəllər ad günümdə atamın ocağına yığışırdıq, valideynlərimlə qeyd edirdim. İndi onlar haqq dünyasındadı”.
Vaqif müəllim baş məşçi kimi çalışmaq ehtimalı haqda da danışdı: “Son 10 ildə məşqçi kimi fəaliyyət göstərmirəm. Maşallah, gənc, istedadlı məşqçilərimiz var. Məşqçilər Komitəsi olaraq, onlara qayğı, dəstək göstəririk, göstərəcəyik”.
MÜZƏFFƏR QULUZADƏ

Seçilən
42
1
football-plus.az

2Mənbələr