AZ

Bukmekerlər DÇ-2026 üçün əmsalları yenilədi

Dünya Kubokuna vəsiqə qazanan son komanda Boliviyanı məğlub edən İraq oldu.

Publika.az xəbər verir ki, bütün iştirakçılar müəyyən edildikdən sonra bukmekerlər qalib və əsas favoritlər üçün əmsalları yeniləyiblər.

Analitiklərin fikrincə, İspaniya millisinin qarşıdan gələn Dünya Kubokunu qazanmaq üçün ən yaxşı şansı var. Onların uğur qazanma ehtimalı 5.80- dir.

İngilislər milyard avroluq bahalı heyəti ilə ikinci yerdədirlər. Onların qələbəsi 6.80 əmsala bərabərdir.

Kilian Mbappenin yer aldığı Fransa komandasının qələbə şansı 8.00, Braziliya və Argentinanın isə 9.00 əmsaldır.

Seçilən
38
publika.az

1Mənbələr