Bakı. Trend:
Hazırda Bakıda müşahidə edilən dumanlı hava şəraiti ilə əlaqədarolaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürəthəddi 20 km/saat endirilib.
DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM)Trend-əbildirilib ki, bununla bağlı NİİM-in əməkdaşları tərəfindənməlumat-sürət tablolarında dəyişiklik edilib.
Eyni zamanda bütün tablolarda "Dumanlı hava" xəbərdarlıq siqnalıişə salınıb. Sürücülərdən müəyyən olunan sürət həddinə əməletmələri xahiş edilir.