AZ

Sürücülərin təhlükəsizliyini təmin etmək məqsədilə sürət həddi müvəqqəti endirilib

Bakı, 1 aprel, AZƏRTAC

Hazırda Bakıda müşahidə edilən dumanlı hava şəraiti ilə əlaqədar Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.

AZƏRTAC xəbər verir ki, bununla bağlı DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən məlumat-sürət tablolarında dəyişiklik edilib.

Eyni zamanda bütün tablolarda “Dumanlı hava” xəbərdarlıq siqnalı işə salınıb. Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir.

Seçilən
5
46
azertag.az

10Mənbələr