AZ

İran dayanmaq bilmir: Rəqəmlər açıqlandı

GlobalInfo portalından alınan məlumata görə, ain.az xəbər verir.

İran qüvvələri daha iki Amerika “MQ-9 Reaper” ağır kəşfiyyat və hücum dronunu vurub.

Globalinfo.az xəbər verir ki, bu barədə “CBS News” telekanalı adı açıqlanmayan iki ABŞ rəsmisinə istinadən məlumat yayıb.

Qeyd olunub ki, PUA-lar İsfahan yaxınlığında məhv edilib. Kanalın məlumatına görə, ABŞ-ın İrana qarşı hazırkı kampaniyası zamanı itirdiyi MQ-9 dronlarının ümumi sayı 16-ya çatıb. Belə bir təyyarənin orta qiyməti təxminən 34 milyon dollardır.

Daha əvvəl bildirilib ki, ABŞ və İran Hörmüz boğazının açılması müqabilində atəşkəsi də əhatə edəcək potensial razılaşmanı müzakirə edirlər.

Razılığın əldə edilib-edilməyəcəyi bəlli deyil, lakin ABŞ Prezidenti Donald Tramp administrasiya rəsmiləri və digər şəxslərlə bu ehtimalı müzakirə edir.

Tahir Turan

Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
33
globalinfo.az

1Mənbələr