AZ

TDT Bakı görüşünün iştirakçıları Azərbaycanda

Türk Dövlətləri Təşkilatına üzv ölkələrin hökumət başçılarının Bakı görüşündə iştirak edən TDT Baş katibi Kubanıçbek Ömüralıyev, Özbəkistan Respublikasının Baş naziri Abdulla Aripov, Qırğız Respublikasının Baş naziri Adılbek Kasıməliyev, Türkmənistanın Nazirlər Kabineti Sədrinin müavini Nökerquli Ataquliyev, Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri Ünal Üstel aprelin 1-də Azərbaycan Respublikasına səfərə gəliblər.

Qonaqları Heydər Əliyev Beynəlxalq Aeroportunda iqtisadiyyat naziri Mikayıl Cabbarov, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, xarici işlər nazirinin müavini Samir Şərifov, XİN-in idarə rəisi Gürsel İsmayılzadə və digər rəsmi şəxslər qarşılayıblar.

XQ

Seçilən
19
1
xalqqazeti.az

2Mənbələr