AZ

Zəfərançılıq dirçəldilir

2025-ci ildə ölkəmizdə, ümumilikdə, 105,2 hektar sahədə zəfəran əkini aparılıb. Bunun da nəticəsində 767,4 kiloqram məhsul əldə edilib.

Statistikaya əsasən, ötən il zəfəran istehsalında ən yüksək məhsuldarlıq Lənkəran-Astara iqtisadi rayonunun payına düşür. Belə ki, Masallı rayonunda zəfəran əkilmiş 34 hektar sahədən 610 kiloqram məhsul yığılıb ki, bu da ölkə üzrə ümumi istehsalın böyük hissəsini təşkil edir. Mərkəzi Aran iqtisadi rayonunda isə 18,2 hektar sahədən, ümumilikdə, 143,4 kiloqram zəfəran əldə olunub. Sözügedən iqtisadi rayonuna daxil olan Ağdaşda 17 hektar sahədən 128 kiloqram, Zərdabda isə 1,2 hektar sahədən 15,4 kiloqram məhsul götürülüb.

İl ərzində ölkənin digər ərazilərində isə zəfəran əkini aparılsa da, məhsul göstəriciləri aşağı olub. Statistikaya əsasən, paytaxtın Xəzər rayonunda 20 hektar sahədən 8 kiloqram, Abşeron rayonunda isə 33 hektar sahədən cəmi 6 kiloqram zəfəran yığılıb.

XQ

Seçilən
14
xalqqazeti.az

1Mənbələr