Dünyanın müxtəlif ölkələrindən olan 80 beyin mərkəzinin hesabatları əsasında ABŞ-İsrail–İran qarşıdurmasına dair geniş təhlil aparılıb.
“Unikal” xəbər verir ki, araşdırma İranın Tasnim agentliyinin Strateji Araşdırmalar Mərkəzi tərəfindən hazırlanıb və son bir ayda yayımlanan analitik materialları əhatə edir.
Məlumata görə, təhlil ABŞ, Böyük Britaniya, Avropa ölkələri, Asiya, Afrika və digər regionları təmsil edən analitik mərkəzlərin materialları əsasında aparılıb. Hesabatda bu qurumların mövqelərində həm oxşar, həm də fərqli yanaşmaların olduğu qeyd olunur.
Bildirilib ki, bəzi analitiklər ABŞ və İsrailin hərbi və texnoloji imkanları hesabına müəyyən taktiki üstünlüklər əldə etdiyini vurğulayır. Digər ekspertlər isə qarşıdurmanın strateji nəticələri ilə bağlı fərqli qiymətləndirmələr irəli sürərək, proseslərin uzunmüddətli təsirlərinə diqqət çəkirlər.
Araşdırmada həmçinin qeyd olunur ki, münaqişənin inkişafı fonunda tərəflərin yanaşmaları və regional dinamika dəyişməkdə davam edir. Ekspertlər qarşıdurmanın gələcək gedişinin bir sıra siyasi, hərbi və diplomatik amillərdən asılı olacağını bildirirlər.
Qeyd edək ki, təhlil müxtəlif beynəlxalq və milli beyin mərkəzlərinin mövqelərinin ümumiləşdirilməsi əsasında hazırlanıb və mövcud vəziyyətə dair ümumi analitik mənzərə təqdim etməyi hədəfləyir.
Ramil Zeynallı