Bu gün Yardımlı rayonunun bəzi ərazilərində elektrik enerjisinin təchizatında fasilə yaranacaq.
Bu barədə Milli.Az-a "Azərişıq" ASC-dən məlumat verilib.
Bildirilib ki, Yardımlı Elektrik Şəbəkəsinin (EŞ) ərazisində 35/10 kV-luq "Yardımlı" yarımstansiyasından çıxan 10 kV-luq 8 saylı hava xəttində təmir işləri aparılacaq.
Bununla əlaqədar olaraq saat 09:30-dan 12:30-dək şəhər ərazisində, eləcə də rayonun Dəlləkli, Gavran və Ostayır kəndlərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Təmir işləri yekunlaşdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.
Milli.Az