AZ

Rusiyanın seçki planı: Kreml sadiq qüvvələrini Ermənistanda hakimiyyətə gətirməyə çalışır

Oxu.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

"Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında bugünkü görüşü seçkiqabağı nəbz yoxlanılması kimi qiymətləndirmək olar".

Bu fikirləri Oxu.Az-a açıqlamasında siyasi şərhçi Samir Hümbətov deyib.

O, Paşinyanın Rusiyaya səfərini şərh edərkən qeyd edib ki, rəsmi Moskva Cənubi Qafqazdan imtina etmək istəmir:

"Bundan başqa, Ermənistan istəsə də, Rusiyasız qala bilməz. Hazırda Cənubi Qafqaz uğrunda Qərblə Rusiya arasında soyuq müharibə gedir. Hər iki tərəf fərqli gedişlər edir. Rusiya-Ukrayna müharibəsi də rəsmi Moskvanın Ermənistanla münasibətlərinə təsir göstərir. Baxın, hər bir halda Ermənistanda parlament seçkisi keçiriləcək. Rusiyanın da burada maraqları və dəstəklədiyi qüvvələr var. Rəsmi Moskva özünə sadiq qüvvələri hakimiyyətə gətirməyə çalışır. Lakin bunu açıq şəkildə yox, sətıraltı mesajlarla ifadə edir".

Cənubi Qafqazda Azərbaycanın roluna toxunan politoloq qeyd edib ki, rəsmi Bakı milli maraqlarına uyğun addımlar atır:

"Cənubi Qafqazda müharibə başa çatıb. Azərbaycan və Ermənistan arasında sülh sazişi paraflanıb. Ölkəmiz bütün platformalarda bərabərtərəfli, milli maraqlara söykənən addımlar atır. Bu, Prezident İlham Əliyevin tutduğu uğurlu strateji mövqedir. Ermənistan isə məsələlərə bizim kimi yanaşa bilmir. Azərbaycan qalib dövlətdir. Paşinyan hakimiyyətində isə faktiki olaraq bir çox məsələlərdə əminlik yoxdur. Ona görə də Putin-Paşinyan görüşünü seçkiqabağı nəbz yoxlanılması kimi qiymətləndirmək olar".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
25
oxu.az

1Mənbələr