
Suriyanın hava məkanı bütün uçuşlar üçün (əvvəlcədən təsdiq edilmiş xüsusi reyslər istisna olmaqla) daha iki sutka bağlı qalacaq.
AFN.az xəbər verir ki, bu barədə TASS agentliyi "Dəməşq" uçuş məlumat mərkəzinə istinadən məlumat yayıb. Bildirilir ki, məhdudiyyətlər aprelin 3-ü, cümə günü ümumdünya vaxtı ilə saat 21:00-dək (Bakı vaxtı ilə aprelin 4-ü saat 01:00) qüvvədədir.
Xatırladaq ki, Suriya səması fevralın 28-dən, ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatları başladığı gündən mülki uçuşlar üçün bağlanıb. Hazırda yalnız Hələb hava limanına müəyyən edilmiş üç dəhliz vasitəsilə sərnişin reyslərinin yerinə yetirilməsinə icazə verilir.