AZ

Tramp III Karlın İrandakı müharibəni dəstəkləyəcəyinə əmindir

Tramp III Karlın İrandakı müharibəni dəstəkləyəcəyinə əmindir

ABŞ Prezidenti Donald Tramp Böyük Britaniya kralı III Karlın İrana qarşı müharibədə onu dəstəkləyəcəyinə inandığını bildirib.

AFN.az xəbər verir ki, o bu barədə "The Daily Telegraph" qəzetinə müsahibəsində danışıb. Tramp kralı "əla insan" və "birinci dərəcəli centlmen" adlandıraraq, onun bu məsələdə Britaniya hökumətindən fərqli mövqe tutacağını ehtimal etdiyini deyib.

Nəşr bu açıqlamaları ABŞ-ın İrana zərbələrini dəstəkləməkdən imtina edən Britaniyanın Baş naziri Keyr Starmerə ünvanlanmış gizli tənqid kimi qiymətləndirib.

Xatırladaq ki, Tramp NATO üzvlərinin bu mövqeyinə cavab olaraq ABŞ-ın alyansdan çıxması məsələsini ciddi şəkildə nəzərdən keçirdiyini bəyan edib. III Karlın aprelin sonunda ABŞ-a planlaşdırılan dövlət səfəri isə hələlik qüvvədə qalır, baxmayaraq ki, bəzi britaniyalı deputatlar etiraz əlaməti olaraq bu səfərin təxirə salınmasını tələb ediblər.

Seçilən
44
afn.az

1Mənbələr