AZ

Suriyaya İraqdan ilk neft partiyası çatıb

Suriyaya İraqdan ilk neft partiyası çatıb

İraqdan gələn ilk neft sisternləri karvanı Suriyanın Aralıq dənizi sahilində yerləşən Banyas liman şəhərinə daxil olub.

AFN.az yerli mediaya istinadən xəbər verir ki, Suriya Dövlət Neft Şirkətinin (Syrian Petroleum Company) məlumatına görə, İraq nefti yerli neft emalı zavodunda emal olunmaq və dünya bazarlarına gələcək ixrac üçün gətirilib.

Məlumata görə, aprelin 1-də İraqın cənub bölgəsindən yola düşən ilk maşınlar Suriya sərhədini "Ət-Tanf" quru keçid məntəqəsi vasitəsilə keçiblər. Hazırda zavodun texniki qrupları boşaltma işlərinə başlayıb. Bu addım neftin tankerlərə yüklənərək son təyinat məntəqəsinə çatdırılmasını nəzərdə tutan kompleks tədarük planının tərkib hissəsidir.

Seçilən
55
afn.az

1Mənbələr