AZ

Futbolçunun qətlində adı çəkilən iş adamının oğlu məşhurların qızları ilə sevgili olub - FOTOLAR

Türkiyədə silahlı hücum zamanı qətlə yetirilən21 yaşlı futbolçusu Kubilay Kaan Kundakçı cinayəti ilə bağlı aparılan istintaqda yeni detallar üzə çıxıb.

Sportinfo.az xəbər verir ki, aparılan araşdırmalar çərçivəsində qətldə iş adamı Bilal Kadayıfçıoğlunun övladı Alaattin Kadayıfçıoğlunun adı keçir.

O, hazırda hüquq-mühafizə orqanları tərəfindən axtarışa verilib.

İstintaq çərçivəsində silahlı hücumun gərçekləşdiyi avtomobildə olan reper Canbayın ifadəsi əsasında keçmiş sevgilisi Aleyna Kalaycıoğlu saxlanılıb.

Alaattin Kadayıfçıoğlu mediaya məşhurların qızları ilə yaşadığı eşq macəraları ilə tanışdır. O, bir müddət müğənni Hülya Avşarın qızı Zəhra Çilingiroğlu ilə eşq yaşayıb.

Ondan ayrıldıqdan sonra Alaattin 3 il əvvəl müğənni Sibel Canın qızı Melisa Uralla nişanlanıb. Bundan sonra onların münasibətləri haqda məlumat yayılmayıb.

Seçilən
74
sportinfo.az

1Mənbələr