AZ

Dişlərin müntəzəm təmizlənməsi qaraciyər xərçəngi riskini azaldır

ain.az bildirir, Demokrat.az portalına istinadən.

ABŞ-nin Riçmond Tibb Mərkəzinin mütəxəssisləri dişlərə qulluq vərdişləri ilə qaraciyər sağlamlığı arasında maraqlı bağlılıq aşkar ediblər. Tədqiqatlar göstərir ki, ağız boşluğunun təmizliyinə diqqət yetirmək və vaxtaşırı stomatoloq qəbulunda olmaq orqanizmdə patogen bakteriyaların sayını məhdudlaşdırır.Demokrat.az xəbər verir ki, bu isə xüsusilə sirrozdan əziyyət çəkən şəxslərdə xərçəngin yaranma ehtimalını xeyli aşağı salır.Alimlər qaraciyər sirrozu olan təxminən 48 min pasiyentin tibbi məlumatlarını dərindən analiz ediblər. Məlum olub ki, mütəmadi stomatoloji müayinədən keçən insanlarda qaraciyər xərçəngi riski digərləri ilə müqayisədə 27 faiz azdır."Journal of Hepatology Reports" nəşrində yayımlanan nəticələrə görə, dişlərinə qulluq edən xəstələrdə ağırlaşmalar da daha az müşahidə olunur. Məsələn, qarın boşluğuna maye yığılması kimi tanınan assit halına 15 faiz daha az rast gəlinir. Eyni zamanda toksinlərin beyin fəaliyyətinə mənfi təsiri nəticəsində yaranan ensefalopatiya riski də minimuma enir.Profilaktik addımlar xəstəxanaya düşmə ehtimalını da tənzimləyir. Tədqiqat iştirakçıları arasında ümumi hospitalizasiya hallarının 15 faiz, sırf qaraciyər problemləri ilə bağlı müraciətlərin isə 20 faiz azaldığı qeyd olunur. Maraqlıdır ki, bu müsbət təsir yalnız stomatoloji baxımla bağlıdır. Digər profilaktik prosedurların qaraciyər xəstəliyinin gedişatına bənzər təsiri müəyyən edilməyib.Gündəlik diş fırçalamaq və ağız təmizliyi orqanizmdəki ümumi iltihab səviyyəsini aşağı salır. Bu sadə vərdiş zərərli bakteriyaların qaraciyərə qədər çatmasının qarşısını alır. Alimlər bildirirlər ki, bunun üçün stomatoloqa həddindən artıq tez-tez getməyə ehtiyac yoxdur. İldə bir dəfə həyata keçirilən rutin müayinə qaraciyəri qorumaq üçün kifayət edir.İsmayıl

Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
27
demokrat.az

1Mənbələr