AZ

KitKat oğurlanmış şokoladları tapmaq üçün izləmə sistemini istifadəyə verib

ain.az bildirir, Oxu.az saytına əsaslanaraq.

"Nestle" korporasiyasına məxsus olan "KitKat" markası alıcılara əldə etdikləri şokoladın itmiş partiyaya aid olub-olmadığını öyrənməyə imkan verən trekerin (izləyici alət) istifadəyə verildiyini elan edib.

Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə regionun xəbər agentlikləri məlumat yayıb.

"Kimsə həqiqətən də 12 ton "KitKat" oğurlayıb. Biz onların harada olduqlarını bilmək istəyirik. Buna görə də biz "Stolen KitKat Tracker" yaratdıq. Bu, sizin "KitKat"ın itmiş partiyaya aid olub-olmadığını yoxlamağa imkan verəcək", - deyə şirkət "X" hesabında yazıb.

Şirkətdən bildirilib ki, bu aksiya 1 aprel zarafatı deyil.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
37
oxu.az

1Mənbələr