AZ

Hörmüz boğazında yüzlərlə gəmi yığılıb

Hörmüz boğazının akvatoriyasında təxminən 400 müxtəlif növ gəmi yığılıb.

"Report" xəbər verir ki, bu barədə İranın "Mehr" agentliyi məlumat yayıb.

Məlumata görə, Hörmüz boğazından kənarda və ya İranın bir sıra adalarının sahil sularında təxminən 400 yük və digər təyinatlı gəmilər lövbər salıb. Bildirilir ki, bu gəmilərin hamısı İrandan boğazdan keçmək üçün icazə almağı gözləyirlər.

Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb və bir sıra şəhərlərə hava zərbələri endirib. Buna cavab olaraq İran İsrail ərazisinə raket atıb və Körfəz ölkələrindəki ABŞ hərbi bazalarına hücum edib. Vəziyyətlə əlaqədar olaraq regionun bir sıra dövlətləri hava məkanını müvəqqəti bağlayıb. Elə həmin gün zərbələr nəticəsində İranın Ali lideri Əli Xamenei öldürülüb.

İran rəhbərliyi ABŞ, İsrail və əməliyyata dəstək verən dövlətlərlə əlaqəsi olan gəmilər üçün Hörmüz boğazının bağlanması barədə qərar qəbul edib. Münaqişə zamanı Tehranın sanksiyası olmadan boğazdan keçmək istəyən bir neçə tankerə hücum edilib.

Seçilən
34
far.az

1Mənbələr