AZ

Rusiya baş nazirinin müavinindən Ermənistana "iqtisadi" XƏBƏRDARLIQ

Rusiya şirkətlərinin Ermənistanda olmasının arzuolunmazlığı ilə bağlı müzakirələr Rusiyadakı erməni bizneslərinin fəaliyyəti ilə bağlı suallar doğuracaq.

Ucnoqta.az xəbər verir ki, bunu Rusiya Baş nazirinin müavini Aleksey Overçuk TASS-a verdiyi müsahibədə bildirib.

“Reallıq budur ki, Ermənistan dəmir yolu, əgər mövcud olarsa, öz iqtisadiyyatının ehtiyaclarını ödəyən bir xətt olaraq qalacaq və onun real perspektivləri AİB ilə bağlıdır. Bizim marağımız regiondakı bütün dövlətlər kimi Ermənistanla ticarətin artırılmasıdır, lakin bizə deyilirsə ki, Ermənistanda Rusiya şirkətlərinin olması Ermənistanın maraqlarına uyğun deyil, onda qarşılıqlılıq prinsipinə əsaslanaraq soruşmaq olar: əgər Rusiya şirkətləri və sahibkarları Ermənistanda fəaliyyət göstərə və pul qazana bilmirlərsə, onda niyə Ermənistan şirkətləri və sahibkarları Rusiyada fəaliyyət göstərə və pul qazana bilərlər?” deyə o qeyd edib.

Overçuk vurğulayıb ki, xarici iqtisadi əlaqələr “iki tərəfli küçə”dir. "Qarşılıqlı ticarət olmadan yük daşınması mümkün deyil və Ermənistan dəmir yolunun tutumu da bundan asılıdır. Rusiyada bizneslə məşğul olan erməni biznesləri buna diqqət yetirməlidirlər. Axı biz hesab edirik ki, məsələ məhz bu kontekstdə həll olunur və bu, açıq şəkildə müzakirə olunmalıdır", - deyə Rusiya Baş nazirinin müavini qeyd edib.

Seçilən
19
ucnoqta.az

1Mənbələr