AZ

İndoneziyada DƏHŞƏTLİ ZƏLZƏLƏ: Sunami xəbərdarlığı elan edildi - FOTO

İndoneziya sahillərində 7.4 bal gücündə zəlzələ qeydə alınıb.
 
Moderator.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) məlumat yayıb.
 
Xəbərə görə, yeraltı təkanların episentri təxminən 451 000 əhalisi olan Şimali Sulavesi əyalətində yerləşən Manado şəhərindən 163 kilometr şərqdə yerləşib. Zəlzələ ocağı yerin 35 kilometr dərinliyində yerləşib.
 
ABŞ Milli Okean və Atmosfer Administrasiyası sunami xəbərdarlığı edib. Dalğaların hündürlüyü 0.7 metrə çatıb.
 
Hadisə nəticəsində azı bir nəfər ölüb. Yerli hakimiyyət orqanları bəzi yaşayış binalarına ziyan dəydiyini bildirirlər.
Seçilən
29
3
moderator.az

4Mənbələr