AZ

İran ABŞ-nin Fars vilayətinə hücumu zamanı dörd nəfərin öldüyünü bildirib

ABŞ-nin İranın cənubunda yerləşən Fars vilayətinə bir neçə hədəfə endirdiyi hava hücumunda dörd nəfər həlak olub.

“Report” İran mətbuatına istinadən xəbər verir ki, bu barədə vilayət qubernatorunun müavini bildirib.

Onların mülki şəxslər olduğu bildirilir.

Xatırladaq ki, ABŞ və İsrail 28 fevralda İrana qarşı hərbi əməliyyata başlayıblar, həmin gün İranın Ali ıideri Ayətullah Əli Xamenei və bir neçə yüksək vəzifəli məmur həlak olub. İran buna cavab olaraq İsrailə, eləcə də ABŞ və müttəfiqlərinin hərbi bazalarını yerləşdirən ölkələrdəki – Səudiyyə Ərəbistanı, Qətər, BƏƏ, Oman, Bəhreyn, İraq və Kiprdəki hədəflərə zərbələr endirir.

Seçilən
64
1
editor.az

2Mənbələr