AZ

Bakıda ər və arvad bıçaqlandılar - OĞULLARI SAXLANILDI

Paytaxtın Binəqədi rayonunda ailə münaqişəsi zəminində bıçaqlanma hadisəsi baş verib.

 

Hadisə aprelin 2-də səhər saatlarında Biləcəri qəsəbəsində yerləşən evlərin birində qeydə alınıb.

 

Belə ki, 1971-ci il təvəllüdlü kişiyə və 1978-ci il təvəllüdlü həyat yoldaşına bıçaqla xəsarət yetirilib.

 

Hadisəni törətməkdə şübhəli bilinən, xəsarət alan şəxslərin 2008-ci il təvəllüdlü oğulları polis əməkdaşları tərəfindən saxlanılıb.

 

Faktla bağlı araşdırma aparılır.

 

Oxu.az

Tarix: 2 Aprel 2026, 09:37   
Seçilən
20
45
pravda.az

10Mənbələr