AZ

Tramp: Güclü zərbələrlə İranı daş dövrünə qaytaracağıq

ABŞ yaxın iki-üç həftə ərzində İrana qarşı zərbələri gücləndirəcək...

APA xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp Ağ Evdən xalqa müraciətində danışıb.

"Bu gün deyə bilərəm ki, bütün hərbi məqsədlərimizə tezliklə çatmaq yolundayıq. İki-üç həftə ərzində onları son ​​dərəcə güclü zərbələrlə vuracağıq və onları daş dövrünə qaytaracağıq", - Tramp deyib.

Tramp eyni zamanda İranın Hərbi Dəniz Qüvvələri və Hərbi Hava Qüvvələri məhv edildiyini və raket imkanlarının da tezliklə minimuma endiriləcəyini bildirib.

"Məqsədlərimiz sadə və aydındır. Biz İranın ABŞ-ı təhdid etmək və sərhədlərindən kənarda güc nümayiş etdirmək qabiliyyətini sistematik şəkildə məhv edirik. Bu, hazırda tamamilə məhv edilmiş İran Hərbi Dəniz Qüvvələrini məhv etmək, Hərbi Hava Qüvvələrinə və raket proqramına saysız-hesabsız ziyan vurmaq və müdafiə sənayesi kompleksini sökmək deməkdir. Biz bütün bunları etmişik. Onların Hərbi Dəniz Qüvvələri və Hərbi Hava Qüvvələri yoxdur. Onların raketləri tezliklə tükənəcək və ya məhv ediləcək", - Tramp əlavə edib.

Poliqon.info

Seçilən
48
6
poliqon.info

10Mənbələr